Bu gün Teleqraf.com xəbər portalının fəaliyyətə başlamasının 5-ci ili tamam olur.
2012-ci ildə təsis edilən, 24 saat fasiləsiz xəbər yayımlayan portal ötən müddət ərzində ölkənin ən populyar media resurslarından birinə çevrilib.
Sayt ilk xəbərini 2012-ci ilin martın 1-də oxuculara təqdim edib. Peşəkar bir komanda formalaşdıran, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan Teleqraf.com ölkədə fəaliyyət göstərən və aktiv olan bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları, mədəniyyət və incəsənət xadimləri ilə müntəzəm əməkdaşlıq edir.
Kollektivi gənclərdən formalaşan Teleqraf.com ailəsi ötən müddət ərzində daha da böyüyüb.
“Gündəlik Teleqraf” MMC-yə daxil olan Teleqraf.com saytı ilə yanaşı, bu gün Publika.az xəbər portalının da ad günüdür. Saytlar 5 il ərzində özünü yetərincə təsdiqləyib, ölkənin ən çox oxunan saytlarına çevrilib. Bu müddət ərzində Teleqraf.com-la əməkdaşlıq edən bütün təşkilatlara və oxucularımıza təşəkkür edir, saytımızın daimi izləyicilərini təbrik edirik!