Şəmkir rayon sakini “VAZ” markalı minik avtomobili idarəetməni itirərək kanala düşüb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək kanala düşməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Abbasov Fəxrəddin Abbas oğlunun cəsədini çıxarılıb və aidiyyətı üzrə təhvil verilib.
İlhamə ƏBÜLFƏT