Azərbaycanda növbəti əfv verilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə APA xəbər yayıb.
Xəbərdə deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb.
Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev "Report"a bildirib ki, müvafiq sərəncamla 423 məhkum əfv olunub: "Sərəncamla 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən müxtəlif cəzalardan azad edilib. Eyni zamanda, ömürlük cəzaya məhkum olunan iki nəfərin cəzasının müddəti dəyişdirilib".