11 İyul 2014 16:28

Cəbhə bölgəsində keçirilən təlimlər başa çatıb.



Ali baş komandanın rəhbərliyi ilə keçirilən birgə əməliyyat-taktiki təlimlərin davamı olaraq iyulun 7-dən Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrinin cəbhə bölgəsində irimiqyaslı təlimlərinə artıq yekun vurulub.

Son təlimlərə 10.000 nəfərdən artıq şəxsi heyət, 300-dən çox zirehli texnika, raket-artilleriya qoşunlarının 100-dən çox qurğusu, 20-dək aviasiya və 15-dən çox hava hücumundan müdafiə sistemləri cəlb olunub. Təlimlərdə zirehli texnikalardan, artilleriya qurğularından, zenit-raket komplekslərindən, müxtəlif çaplı silahlardan, təyyarə və helikopterlərdən praktiki döyüş atışları icra edilib.

Hərbi ekspertlər müharibə şəratində yaşayan ölkənin ordusunun yüksək döyüş hazırılığ vəziyyətində qalması üçün təlimlərin mütəmadi keçirilməli olduğu qənaətindədirlər.

Keçmiş Müdafiə naziri Dadaş Rzayev bildirib ki bizim ordu Ermənistan ordusu ilə müqayisə edilməzdir, ən müasir silahla silahlanır bu yenisilahları mənimsəmək üçün təlimlər keçirilir.

Ümumiyyətlə dövlət büdcəsindən hərbiyə ayrılan vəsait 1,6 milyard manat təşkil edir.

/ans press/


Müəllif:
Загрузка...