Bu sözləri tanınmış müğənni Damla öz instaqram hesabında yazıb.
Teleqraf.com xəbər verir ki, dünəndən bir çox yerli saytlar və sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunan müğənni onlara cavab verib və Zəhranın şəklini paylaşanları qınayıb:
“Anasını və günahsız körpə balasını itirən bir ata üçün bunun nə demək olduğunu anlayırsınızmı? İnsanın yarasına dağ çəkirsiniz. Hansı səhifəni açırıqsa, o, məsum balamızın qanlı şəkilləridir. O valideynin ürəyi daşdandır? Yarasına duzmu səpək?
Mən də anayam. Bu dözülməz bir imtahandir. Mən də bu ölkənin vətəndaşıyam. Mən də bu tökülən qanların yerdə qalmayacağına inanıram. Bir ailənin faciəsini qanlı şəkillərlə paylaşıb bir ananın, atanın yarasını dağlamaq istəmədim”.