9 İyul 2017 00:28
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada G20-lərin sammitinə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kürd əsilli iraqlı jurnalistin separatçılığı özündə ehtiva edən sualını cavablandırıb.

Jurnalistin İraq Kürd Muxtariyyətinin ayrılması ilə bağlı keçirilməsi nəzərdə tutulan referenduma dair sualını cavablandıran Ərdoğan qeyd edib ki, Türkiyə İraqın bölünməsinə imkan verməyəcək:

"Kürdlər ayrılsa, bir tərəfdən türkmənlər başlayacaq, digər tərəfdən ərəblər. İraq bütövlüyünü qorusa, güclü olacaq.

Bunun bir də məzhəb tərəfləri var. Bu mənada parçalanmaya göz yumaq? Bərəkət birlikdədir. Bunu Bərzaniyə də demişəm".


Müəllif: Ruslan

Oxşar xəbərlər