21 Avqust 2017 20:39
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Barselona şəhərində terror aktı törədilməsində şübhəli bilinən 22 yaşlı mərakeşli Yunus Əbuyaqub saxlanılıb.

Teleqraf.com xəbər verir ki, terror aktı baş verən zaman avtomobilin sükanı arxasında Yunus Əbuyaqub olub. O, hadisəni törətdikdən sonra piyada ərazini tərk edib və gizlənib.

Qeyd edək ki, avqustun 17-də avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 15 nəfər ölüb, 130 nəfər xəsarət alıb. Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər