24 Avqust 2017 13:59
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünənki qələbədən sonra düşmənlərin özünə yer tapa bilməməsi artıq siyasi qələbədir. “Qarabağ” FK-nın qələbəsi sayəsində biz doğma torpaqlarımız olan Qarabağ üzərindəki hüququmuzu daha tez bərpa edə biləcəyik.

Bu sözləri deputat Aydın Mirzəzadə Teleqraf.com-a açıqlaması zamanı deyib. O, “Qarabağ” futbol klubunun indiyə qədər də dünyanın ən güclü futbol klublarının arasına öz adını yazdıra bilməsindən danışıb:

““Qarabağ” FK ilə oyuna rəqib komandalar adətən çox ciddi hazırlaşırlar. Bu komandanın adı Avropa ictimaiyyətində artıq bir assosiasiya yaradır. Bütün Avropa onun adı ilə bağlı ən azından məlumat toplamağa başlayır. Biz artıq dünyaya “Qarabağ” deyəndə təkcə işğal edilmiş zonamız deyil, Azərbaycan, Azərbaycançılıq, mədəniyyətimiz, Azərbaycan cəmiyyətinin bacarığı anlayışlarını da əlavə etmiş oluruq. Hesab edirəm ki, klubun adının “Qarabağ” olması əlbəttə ki, Azərbaycan torpaqlarını işğal edən ermənilərin siyasi təzyiqini sarsıdacaq. Biz artıq Qarabağın bizə məxsus olmasını siyasi cəhətdən asanlıqla izah edə biləcəyik.

Bu qələbə bütün Azərbaycansevərləri birləşdirəcək. Digər tərəfdən Azərbaycana qarşı düşmən mövqeyi tutan erməni millətçilərində, onların havadarlarında da böyük bir qısqanclıq və nifrət doğuracaq.

"Qarabağ" futbol klubunun tarixi qələbəsinin internet resurslarında əks-sadası barədə yeni araşdırmanın nəticəsini təqdim etmək istəyirəm.

22 avqust tarixində vikipediyanın erməni dilli səhifəsində "Qarabağ" məqaləsini 1 nəfər, 23 avqust tarixində 1 nəfər oxuyub.

22 avqust tarixində vikipediyanın erməni dilli səhifəsində "Qarabağ münaqişəsi" məqaləsini 22 nəfər, 23 avqust tarixində 32 nəfər oxuyub.


Müəllif: Könül

Oxşar xəbərlər