29 Avqust 2017 15:59
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərkük Şəhər Məclisinin toplantısı keçirilib. Toplantıda sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətində keçiriləcək referendum haqda məsələ müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Şəhər Məclisinin toplantısını türkmənlər və ərəblər boykot edib. Buna baxmayaraq, məclis sentyabrın 25-də keçiriləcək referenduma qatılmaq haqda qərar çıxrıb.

Kərkük Şəhər Məclisində türkmən qrupunun üzvü Əli Mehdi Anadolu Agentliyinə bildirib ki, Şəhər Məclisinin 24 üzvü toplantıda iştirak edib: “İclasda Kərkükün 25 sentyabr referendumuna qatılması haqda qərar çıxarılıb”.

Türkmən və ərəblərin Şəhər Məclisindəki üzvlərinin toplantını boykot etdiyini bildirən Əli Mehdi əlavə edib ki, onlar İraq Konstitusiya Məhkəməsinə şikayət edəcəklər.

Xatırladaq ki, Kərkük Şəhər Məclisinin 26 kürd, 9 türkmən və 6 ərəb üzvü var.


Müəllif: Cavad

Oxşar xəbərlər