2 Sentyabr 2017 19:46
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünya üzrə kütləvi intihar aksiyası hazırlayan 17 yaşlı yeniyetmə Argentinada həbs olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Yeniyetmənin planını Baskoniya polisi pozub. İspan polisi sosial şəbəkədə 17 avqust tarixində kütləvi intihara çağıran beynəlxalq qrup aşkarlayıb.

Polis internet xidməti göstərən kompaniya ilə əməkdaşlığı sayəsində kütləvi intiharın təşkilatçısının Argentinada yaşadığını dəqiqləşdirib. İspan polisi ilə argentinalı həmkarlarının əməkdaşlıq çərçivəsində kütləvi intiharın baş verməsinə 6 gün qalmış gənci həbs edib.

Polisin araşdırmaları davam edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər