Çeçenistanın paytaxtı Qroznıda Myanmada müsəlmanların qətlə yetirilməsinə etiraz olaraq yürüş keçirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yürüşdə 1 milyondan çox insan iştirak edib.
Nümayiş zamanı çıxış edən Çeçenistan rəhbəri Ramzan Kadırov gözlənilməz açıqlamaları ilə yadda qalıb.
Kadırov bildirib ki, Moskva rəhbərliyi Myanma hökumətini dəstəkləsə, o, Rusiyanın yanında olmayacaq.
Çeçen lider Rusiya Prezidenti Vladimir Putinə bununla bağlı ünvanladığı məktubu oxuyub:
“Hörmətli Vladimir Vladimiroviç Putin! Qafqaz bölgəsinin müsəlmanları olaraq, sizdən Myanmadakı qətliamın dayandırılması üçün addımlar atmağı tələb edirik”.
Kadırov Türkiyənin myanmarlı müsəlmanlara etdiyi dəstəyi də yüksək qiymətləndirib.
Qeyd edək ki, BMT-nin açıqladığı son məlumatlarda avqustun 25-dən Myanmada başlayan qətliamda öldürülən müsəlmanların sayınının mini ötdüyü bildirilib.