7 Sentyabr 2017 14:14
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, səfərdə məqsəd NATO Hərbi Komitəsinin rəhbəri, general-polkovnik Petr Pavellə danışıqlar aparmaqdır.

“Danışıqlar zamanı beynəlxalq təhlükəsizliyin aktual məsələlərinin müzakirə edilməsi planlaşdırılıb”, deyə nazirliyin məlumatında qeyd edilib.

Həmçinin, işgüzar səfər çərçivəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycan Prezidenti İlham Əliyevlə, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci Nəcməddin Sadıkovla görüşməsi planlaşdırılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər