11 Sentyabr 2017 19:33
1 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bezdiriblər! Əgər bundan sonra hər hansı bir sayt bircə sözümü belə çap eləsə onu məhkəməyə verib ən yüksək dərəcədə cərimə tələb edəcəyəm! Mən nə Karl Marksam, nə də Mao Tzedun. Məndən sitat gətirməyi yığışdırın!”

Teleqraf.com xəbər verir ki, bu sözləri AYB-nin binasında fəaliyyət göstərən “26” adlı kafenin bağlanması ilə bağlı mətbuatda gedən çoxsaylı yazılardan bezən xalq yazıçısı Çingiz Abdullayev sosial şəbəkədə yazıb.

Xatırladaq ki, “26” kafesi bağlanarkən yazıçı bu hadisəyə belə münasibət bildirmişdi:

“Şadlıq evi və restoranı bir neçə əlavə gəlir yeri olan insanlar aça bilərlər.

“26” rəqəmi bizim bəzi məmurları narahat etdi. Lakin bu restoran uzun illərdir ki, fəaliyyət göstərir. Bildiyim qədər sahibkara kafenin adını dəyişdirmək təklif olunub və o, razılaşıb. Bununla yanaşı, o, bildirib ki, maşınının nömrəsi də “26”dır və rəqəm onun yaşı ilə əlaqəlidir.

Artıq lövhəni dəyişdilər. Ardınca nələr olduğunu artıq bütün dünya bilir. Çoxmilyonluq şəhərin meri polis zabitləri ilə gəldi, kafeni bağladı, mebelləri içəridən çıxardılar.

Deyirlər, bu oğlanı tutacaqlar. Maraqlıdır, hansı maddə ilə? Məhkəmənin qərarı olmadan fərdi sahibkarın mebelini necə qırmaq və müsadirə etmək olar? Onu necə saxlamaq olar? Artıq indi İsrail, Amerika, Rusiyadakı insanlar bizə gülürlər.

İyirmi altısında doğulan hər kəsə tarixi dəyişməyi təklif edirlər, maşınlarda və avtobuslarda 26 rəqəmini qadağan edirlər. Bundan artıq şərh etməyəcəm, yoxsa aludə ola bilərəm”.


Müəllif: Könül

Oxşar xəbərlər