Sabah Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı Edvard Nalbəndyanla görüşəcək.
Teleqraf.com-un məlumatına görə, bununla bağlı “Amerikanın səsi”nə Nalbəndyan açıqlama verib.
O bildirib ki, görüş zamanı 2 məsələ müzakirə olunacaq:
“Yaxın vaxtlarda iki ölkə prezidentlərinin görüşünün təşkili və həmsədrlərin regiona səfəri məsələləri müzakirə olunacaq”.