28 Sentyabr 2017 21:34
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, Putin və Ərdoğanın bu il keçirdiyi beşinci görüşdür.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bunu bü gün baş tutan Ərdoğan-Putin görüşü haqda danışan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Mart və may aylarında Ərdoğan Rusiyaya səfər edib. Daha sonra elə mayda liderlər Pekində görüşüblər. İyulda isə Hamburqda G20 sammiti çərçivəsində liderlər dördüncü dəfə bir araya gəlib.

Peskov deyib ki, bu günkü görüşün əsas mövzusu Suriya məsələsi olub: "Bundan başqa liderlər İraq Kürdüstanının müstəqillik referendumunu, ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, xüsusən də, "Türk axını" qaz kəməri və "Ağquyu" AES-in tikintisini, eləcə də hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər".


Müəllif: Nahid

Oxşar xəbərlər