Peşəkar Futbol Liqasının rəsmi saytı yenə haker hücumuna məruz qalıb.
Məlumata görə, pfl.az-a erməni hakerlər hücum edib.
"Hacked by Monte Melkonian Cyber" qurupu saytı dağıdaraq avqustun 1-də cəbhə xəttində öldürülən iki erməni əsgərinin şəkillərini yerləşdirib. Ermənilər sayta xüsusi mesaj da yerləşdirib.
Qeyd edək ki, PFL-in saytı bir neçə gün əvvəl də hücuma məruz qalmışdı.
/publika.az/