11 Yanvar 10:28

Astana danışıqlarında İran və Rusiyanın Afrin məsələsində Türkiyəyə dəstək verdiyi ortaya çıxıb.

Teleqraf.com “Yeni Şəfəq” qəzetinə istinadla xəbər verir ki, bununla bağlı Astana görüşlərini yaxından izləyən və rus nümayəndə heyəti ilə görüşlər keçirən suriyalı diplomat Bəsil əl-Həc Casim açıqlama verib.

Onun sözlərinə görə, Tehran və Moskva Afrin əməliyyatı ilə bağlı təşəbbüsün Ankarada olduğunu bildiriblər:

“Afrin və İdlib məsələsində Türkiyə azı 3 ayını itirib və hər keçən gün Türkiyənin əleyhinə işləyir. ABŞ-ın şantajları Türkiyəni düşünməyə vadar edir. Hazırda Rusiya və İran təşəbbüsü Türkiyəyə buraxıb. Türkiyə isə bu məsələni ABŞ-la müzakirə edir.

Astanada İran Əsəd rejimini Afrin məsələsində yola gətirməklə bağlı tam zəmanət verib. Əsədlə PKK arasında gizli ittifaq var. Onlar İdlib hücumları ilə Afrindən diqqəti yayındırmaq və Türkiyəni pis vəziyyətə salmaq istəyirlər. Bu işdə Əsədə Körfəz ölkələri də yardım edir”.


Müəllif: Samir
Загрузка...