Azərbaycanda rəsmi səfərərini başa vuran Bolqarıstanın baş naziri Boyko Borisov öz Feysbuk səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə sükan arxasında çəkdirdiyi şəkili paylaşıb.
Teleqraf.com xəbər verir ki, foto 1,7 min nəfər tərəfindən bəyənilib.
Boyko Borisov paylaşımda: “Bakı və Sofiya arasında biznes, turizm sahələri inkişaf etdirilir. İlham Əliyevlə danışdığımız bütün məsələlər yerinə yetirilib”, - deyə qeyd edib.