Türkiyə Silahlı Qüvvələri Afrin əməliyyatları üçün Suriya ilə sərhədə zirehli texnika daşınmasını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, son olaraq, bu gün Hatay bölgəsinə M60T sabra tipli tanklar gətirilib.
TSK bu tankları “PKK-nın kabusu” kimi təqdim edir. Məlumatlara görə, hazırda sərhəddə 11 ədəd M60T tankı var.