25 Yanvar 2018 14:07
6 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı davam edərkən, terrorçulardan azad edilən kəndlərdən birinin azyaşlı sakini olan Çavkari Simon adlı qız Prezident Rəcəb Tayyib Ərdoğana məktub yazıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Çavkari məktubunu “Əsir şəhərin qızından…” sözləri ilə başlayıb:

“Bunları yazdığım üçün çox qorxuram. Siz gələn kimi suriyalı, ərəb, kürd və türkmənlərin əsarəti, terrorçuların xəyalı bitdi. Əsarət altında yaşamaq çox pisdir. Çünki təcavüz, qəsb və ölüm hər an qarşımızdadır. Hər cür xəbər yaymaq qadağandır. Onsuz da dünyanın da qulaqları bağlıdır. Əslində isə, yaşadıqlarımız dünyaya məlumdur.

5 uşaqlı ailənin 14 yaşlı 3-cü övladıyam. Atam 6 il əvvəl ölüb. 4 ildir əcnəbi terrorçular bizim kəndi işğal edib. PKK/PYD terrorçuları İŞİD silahlıları ilə yaxşı yola gedir. Ən böyük bacım evlidir, burada yaşamırlar. İkinci bacım ötən il terrorçunun təcavüzü nəticəsində hamilə qalmışdı. Daha sonra o intihar etdi. 11 yaşlı qardaşımı bizdən zorla alıb apardılar. Ondan heç bir xəbər ala bilmirik. Evdə 7 yaşlı qardaşım, xəstə anam və mən qalmışıq. Biz də ev dustaqlığındayıq.

7 ay əvvəl burada amerikalı zabitləri gördüm. Problemlərimi onlara anlatmaq istədim. Dilənçi kimi qovdular. Sonra da qollarında “Apo” yazısı olan terrorçular bizə ev dustaqlığı verdilər. Bizə evdən çıxmağa çalışsaq, anamızı öldürəcəklərini dedilər. Burada bizim kimi ailələr çoxdur. Terrorçulara yardım edənlər isə azaddır.

Mən bu zülmün bitməsi üçün çoxlu dualar etdim. Ayda bir dəfə çimirik, gündəlik isə bir çörək yeyirik.

Sizin gəlməyinizi eşidib, buradan qaçdılar. Türk əsgərləri gəlincə, əvvəl namusumuz qurtuldu, daha sonra qarnımız doydu.

Qardaşım üçün çox qorxuram, o, hələ uşaqdır. Onu və onun kimi digər uşaqları terrorçulardan qurtarın. Biz yenidən terrorçulara əsir olmaq istəmirik. Bizi xilas edin, böyük lider cənab Ərdoğanın əllərindən öpürəm”.


Müəllif: Samir

Oxşar xəbərlər