PKK terror təşkilatının Suriya qolu sayılan PYD silahlılarının liderlərindən Salih Müslim sosial şəbəkədə paylaşımı ilə özünü rüsvay edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, yaralı uşaqların fotosunu paylaşaraq, “Türkiyə qətliam törədir” ifadəsini işlədib.
Ancaq sosial şəbəkə istifadəçiləri fotonun Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələr tərəfindən 2014-cü ildə Şərqi Quta bölgəsinə hücum zamanı çəkildiyini bildiriblər.
Bundan sonra Salih Müslim paylaşımını silib.