5 Avqust 2014 15:45
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin ilk müsəlman qadın naziri ölkəsinin Qəzza ilə bağlı yürütdüyü siyasətə etiraz edərək istefa verib

İngiltərənin inanc və cəmiyyətlər naziri “ölkəmin Qəzza siyasətini daha çox müdafiə edə bilməyəcəyəm” deyib.

Barones Varsi rəsmi twitter hesabında istefa ilə bağlı ərizəni baş nazirə kədər içində təqdim etdiyini bildirib.

İngiltərə baş naziri David Kameronun 2010-cu ildə qələbə qazanan zaman Varsini də hökumətə daxil etmiş və hökumətdə ilk müsəlman qadın olaraq tarixə keçmişdi. 2010-2012-ci illərdə Mühafizəkar Partiyasında həmsədr olan Varsi 2007-ci ildən bu yana Lordlar Palatasındadır.

publika.az


Müəllif:

Oxşar xəbərlər