Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatların 9-cu günündə türk ordusu terrorçuların mövqelərini havadan və qurudan atəşə tuturlar.
Məlumatlara görə, YPG silahlıları TSK-nın hücumundan qorxuya düşərək, öz mövqelərindən geri çəkilir. Geri çəkilmə zamanı terrorçular ölən YPG-lilərin cəsədlərini götürməyə belə cəhd etmirlər.
Bu arada, əməliyyatların 8-ci günündə türk ordusu Əli Bekki və Əli Baski kəndlərini azad ediblər. Bununla da terrorçulardan azad edilən kəndlərin sayı 12-ə çatıb.
Döyüşlər zamanı ümumilikdə 484 terrorçu öldürülüb. 2 terrorçu isə sağ ələ keçib.