Türkiyə Silahlı Qüvvələri Afrinin terrorçulardan təmizlənməsi üçün “Zeytun budağı” hərəkatını uğurla davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatların 13-cü günündə terrorçulara məxsus bir çox strateji nöqtələr məhv edilib.
Hücumlarla yanaşı, türk ordusu 12 fevral hücumlarına hazırlaşır. Məlumatlara görə, bu tarixdə terrorçuların nəzarətində olan 127 məntəqənin azad olunması üçün yeni əməliyyatlar başlayacaq.
Bu əməliyyatlardan sonra türk ordusu 130 kilometrlik ərazini terrorçulardan tamamilə təmizləmiş olacaq.