4 Fevral 2018 12:33
3 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı ilə bağlı yeni açıqlama verilib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidentinin köməkçisi və hökümət sözçüsü Bəkir Bozdağ əməliyyat zamanı bu anadək 932 terrorçunun məhv edildiyini açıqlayıb.

Qeyd edək ki, fevralın 3-də TSQ Baş Qərargahının yaydığı açıqlamada “Zeytun budağı” əməliyyatı çərçivəsində 899 terrorçunun məhv edildiyi açıqlanmışdı.

Baş nazirin müavini və hökumətin sözçüsü Bəkir Bozdağ Afrində YPG uniformalı ABŞ əsgərlərinin də hədəfdə olduğunu, qarşıya çıxarsa, vurulacağını bildirib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər