4 Fevral 2018 22:59
2 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zeytun budağı" əməliyyatı çərçivəsində 935 terrorçu məhv edilib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Әrdoğan Vatikana səfəröncəsi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ərdoğan Cümhuriyyət Xalq Partiyası (CXP) rəhbərliyinin Azad Suriya Ordusuna (ASO) təpki göstərməsini və Əsədlə dialoq təklifini sərt tənqid edib:

"CHP-nin mövqeyi milli deyil. YPG-nin mövqeyi ilə üst-üstə düşür. 1 milyon adamın ölümünə səbəb olan bir şəxslə bizi bir araya gətirəcək adamın siyasətdə nə işi var? Onun türk siyasətində yeri ola bilməz. Millətimiz ona gərəkən cavabı verəcək".


Müəllif: Ayxan

Oxşar xəbərlər