16 Fevral 2018 01:42
2 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər Rusiyadan S-400 zenit-raket kompleksi sistemləri əldə etdiyi üçün Türkiyə ABŞ-ın sanksiyalarla məruz qalmasa, bundan təəccüblənəcəm".

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert çıxış edib. Nauert qeyd edib ki, Türkiyə Rusiya ilə müqavilə bağlamaqla NATO razılaşmasını pozur.

Qeyd edək ki, Türkiyə Rusiyadan növbəti dəfə “S-400” zenit-raket kompleksi alacaq. İki ölkə arasında imzalanan müqaviləyə görə, rəsmi Moskva Türkiyəyə satdığı bu sistemin ilk partiyasını 2020-ci ildə təhvil verəcək.


Müəllif: Ayxan

Oxşar xəbərlər