ABŞ Suriya hökumətinə və müttəfiqlərinə qarşı mübarizədə suriyalı kürdlərdən sui-istifadə edir.
Teleqraf.com "sondakika.com"a istinadla xəbər verir ki, bu bəyanatla “Hizbullah” lideri Həsən Nəsrullah çıxış edib.
O, kürdlərə səslənərək “Sizi yarı yolda qoyacaqlar”, - deyə bildirib.
Həsən Nəsrallah Livan hökumətinə də dəniz sərhədləri ilə bağlı çağırış edib. “Hizbullah” liderinin fikrincə, İsrailin dənizdəki enerji iddialarına cavab verilməlidir: “Bu, bütün Livanın müharibəsidir. Livan hökuməti İsrailin qarşısında möhkəm dayanmalıdır. Livanlı rəsmilər amerikalılara belə səslənməlidir: Tələblərimizi yerinə yetirin, biz də “Hizbullah”ı İsraildən uzaq tutaq”.