6 Avqust 2014 18:16
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Xaçmaz şəhəri, Bakı prospekti ünvanında fəaliyyət göstərən "HADO" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal edildiyi müəyyən edilib

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəsmi saytında məlumat yerləşdirilib. Yoxlama zamanı müəssisədə pivə istehsalının müvafiq reseptura və texnoloji təlimat olmadan aparıldığı və heç bir normativ sənədə əsaslanmadan məhsulun etiketində saxlama müddətinin 6 ay göstərildiyi, həmçinin məhsulun qida və enerji dəyəri, saxlanılma temperaturu barədə məlumatların göstərilmədiyi aşkar edilib.

Bundan başqa, pivə qablarının ön tərəfində məlumatların istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada - yalnız xarici dildə verildiyi müəyyənləşdirilib.

Eyni zamanda sənədli şəkildə təsdiqlənmədiyi halda pivə qablarının arxa tərəfindəki məlumatlarda ən yüksək keyfiyyətli pivə olması barədə qeyri-dəqiq reklamın verildiyi də aşkar edilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən “HADO” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


Müəllif:

Oxşar xəbərlər