Dağıstanın Kizlyar şəhərində qətl törədən şəxsin İslamla heç bir əlaqəsi yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Dağıstan Müsəlmanları İdarəsinin yaydığı məlumatda bildirilir.
İdarə silahlı hücumda dünyasını dəyişən insanların ailələrinə başsağlığı, yaralılara isə Allahdan şəfa diləyib.
"Bu gün psevdo-islamın arxasında gizlənən Vəhabilərin gerçək İslamla heç bir əlaqəsi yoxdur", deyə İdarənin saytında qeyd olunub.
Qeyd edək ki, bazar günü Dağıstanın Kizlyar şəhərində 22 yaşlı oğlan provaslavların dini mərasiminə qatılan insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Silahlı öldürülüb.
Dağıstan polisi "iki və daha çox şəxsin öldürülməsi", "Hüquq mühafizə orqanlarının əməkdaşlarının həyatına qəsd" maddələri üzrə cinayət işi açıb.