19 Fevral 2018 19:07
5 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün gecə saatlarında Suriya prezidenti Bəşər Əsədə bağlı qüvvələrin terror təşkilatı PKK/PYD-yə kömək üçün Afrinə girəcəyi gözlənilir.

Teleqraf.com xəbər verir ki, Əsəd qüvvələrilə yanaşı, “Hizbullah” terror təşkilatının Afrinə girəcəyi ehtimal edilir.

Artıq Livanda “Hizbullah”a bağlı telekanallar Afrinin girişindən canlı yayıma başlayıblar.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Afrində qarşılarına terrorçu qismində hansı ordunun çıxmasından asılı olmayaraq veriləcək cavabın çox sərt olacağını bəyan edib.


Müəllif: Ayxan

Oxşar xəbərlər