20 Fevral 2018 10:32
5 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.02.19 19:57

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında bu gün olan telefon danışığı zamanı Ərdoğan həmkarını Bəşər Əsədin Afrinə girəcəyi təqdirdə sonunun faciəli olacağı barədə məlumatlandırıb.

Teleqraf.com-un məlumatına görə, Ərdoğan PYD ilə Əsəd rejimi arasındakı anlaşmadan xəbərdar olduqlarını və Əsəd Afrinə girəcəyi təqdirdə ağır cavab alacağını Putinin diqqətinə çatdırıb.

Putin isə öz növbəsində "Zeytun budağı" hərəkatının Türkiyənin təbii haqqı olduğunu bildirib.

***

Dünən axşam saatlarında Türkiyə və Rusiya prezidentləri arasında baş tutan telefon danışığı ilə bağlı yeni məlumat açıqlanıb.

Teleqraf.com xəbər verir ki, telefon danışığının sonunda Ərdoğanın “Əsəd Afrinə girəcəyi təqdirdə ağır cavab alacaq!” fikrinə Putinin verdiyi cavab məlum olb.

Putin Ərdoğana belə bir şeyin baş verməyəcəyini deyib.


Müəllif: Samir, Ayxan

Oxşar xəbərlər