Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Afrində “Zeytun budağı” hərəkatını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı TSQ Baş Qərargahı məlumat yayıb.
Əməliyyatların 38-ci günündə 41 terrorçu məhv edilib.
Bununla da əməliyyatlar başlandığı gündən bu yana öldürülən terrorçuların sayı 2059-a çatıb.