Rusiya və Türkiyə xarici işlər nazirləri Moskva görüşündə S-400 hava hücumundan müdafiə sistemlərinin göndərilməsi məsələsini də müzakirə ediblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Mövlud Çavuşoğlu Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında məlumat verib.
O bildirib ki, S-400-lərin göndərilməsi sürətləndiriləcək.
Qeyd edək ki, Rusiya və Türkiyə arasındakı razılaşmaya əsasən, S-400-lərin göndərilməsi 2019-cu ildən başlanmalıdır.