Suriyadaki vəziyyəti müzakirə etməyə hazırlaşan Avropa Parlamenti Türkiyənin xoşuna gəlməyəcək qərarını bu gün Strasburqda səsverməyə çıxaracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Xəbərə görə, Avropa Parlamentində bütün fraksiyaların dəstəklədiyi qərar layihəsində Türkiyənin Afrin hərəkatı çərçivəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına son verilməsi və türk hərbçilərinin Suriyadan geri çəkilməsi tələb olunacaq.