Türk Silahlı Qüvvələri (TSK) terrorçu YPG-nin işğalı altında olan Afrin şəhər mərkəzini nəzarətə aldığını Tvitter hesabından açıqlayıb.
Teleqraf.com xəbər verir ki, TSQ-nin açıqlamasında bunlar deyilir:
“Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən Afrin şəhər mərkəzi nəzarətə alınıb. Hazırda mina, kustar üsulla hazırlanan partlayıcı maddələrin müəyyən edilməsi və zərərsizləşdirilməsi fəaliyyəti aparılır. Şəhidlərimizin ruhu şad olsun”.
TSQ Afrin şəhər mərkəzindən video görüntülər də paylaşıb.
“Bu qələbə Türk Silahlı Qüvvələrinin 18 Mart Şəhidlər Günündə Türk millətinə və bütün şəhidlərimizə ərmağanıdır”, - deyə, video görüntüdə şəhər mərkəzində yerləşən hökumət binasında bayraq qaldıran türk əsgəri bəyan edib.