Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrin şəhərinin mərkəzini ələ keçirməsindən sonra YPG terrorçularının yeni planı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Qardian”ın müxbiri Martin Çulov məlumat yayıb.
Onun sözlərinə görə, YPG-nin Afrindən qaçan terrorçuları partizan müharibəsinə başlamağa hazırlaşır.
Məlumata görə, kürd qruplar hazırda Tel Rıfat bölgəsində məskən salıb.