25 Mart 2018 12:53
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nəzdindəki Velosiped İdman Klubunun (VİK) təşkilatçılığı ilə Bakıda veloyürüş keçirilib.

Teleqraf.com xəbər verir ki, veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, DTX VİK və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

DTX-nin inzibati binasının önündən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Yürüşə qatılan velosipedçilər 12 kilometr məsafə qət ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixdə imzaladığı Sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Onu da qeyd edək ki, DTX-nin nəzdindəki Velosiped İdman Klubu Xidmətin əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan kütləvi maraq nəzərə alınaraq, 2017-ci il dekabrın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmri ilə təsis edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər