İraqın şimalında Hakurk-Kani Raş bölgəsinə qarşı hava hücumunda 12 terrorçu zərərsizləşdirilib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyə Baş Qərargahının Tvitter mikrobloqunda yaydığı açıqlamada Hakkaridə xidmət edən komandoların Şimali İraqın Hakurk-Kani Raş bölgəsində həyata keçirdiyi əməliyyatlar zamanı 12 terrorçunu məhv etdikləri bildirilib.
Məlumatlara görə, martın 10-da başlayan əməliyyat nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 67-yə çatıb.