12:58
Martın 24-də Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzlərindən birində baş verən və 64 nəfərin ölümünə səbəb olan faciə ilə əlaqədar Kemerovo vilayətinin qubernatorunun müavini Aleksey Zelenin istefaya göndərilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onun vəzifələrinin icrası Kuzbass administrasiyasının aparat rəhbəri Olqa Turbabaya tapşırılıb.
Qeyd edək ki, faciə ilə əlaqədar bu gün bütün Rusiyada matəm elan edilib.
***
Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev daxili siyasət departamentinin rəhbəri Nina Lopatninanı istefaya göndərib.
Buna səbəb martın 24-də Kemerovo şəhərindəki ticarət mərkəzlərindən birində baş verən və 64 nəfərin həyatına son qoyan faciəvi hadisə olub.
Onun əvəzinə bu vəzifəyə Lopatinanın müavini Valentin Nasimok təyin edilib.