“Skripal işi” Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanına bənzəyir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın türk əsilli Xarici İşlər naziri Boris Conson deyib:
“Bu, həmin romanın başlanğıcına bənzəyir. Biz günahkarı bilirik, bircə həmin cinayətkarın öz əməlini etiraf edəcəyini gözləmək lazımdır”.
Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.
Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.