Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Skripal işi"nə görə Qərbə cavab olaraq 60 xarici diplomatın ölkədən çıxarılacağını bildirib.
Teleqraf.com xəbər verir ki, Lavrov cavab tədbirlərinin bununla yekunlaşmayacağını qeyd edib.
"ABŞ-ın Rusiyadakı səfirinə cavab addımlarımız barədə məlumat vermişik. Vaxtı çatanda digər qərarlarımızı açıqlayacağıq", deyə Lavrov bildirib.
Qeyd edək ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keşmiş polkovniki Sergey Skripal və qızı martın 4-də Britaniyanın Soslberi şəhərində zəhərləniblər. London bildirib ki, onun zəhərlənməsində Rusiyanın əli var. Rəsmi Moskva bu ittihamı qəti şəkildə rədd edir.
Britaniyadan sonra Avropa İttifaqı ölkələri, həmçinin ABŞ, Kanada, Norveç, Ukrayna və və digər ölkələr hadisə ilə əlaqadar rus diplomatlarını öz ərazilərindən çıxarıblar. Xüsusən ABŞ 48 rus diplomatını və Rusiyanın BMT yanındakı missiyasının 12 əməkdaşını ərazisindən çıxardığını bildirib. Ağ Ev həmçinin Rusiyanın Sietldəki Baş Konsulluğunu da bağlayıb.