Biznesmen, idman şərhçisi Qaya Çilingəroğlu keçmiş həyatına dair maraqlı məqamları açıqlayıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur biznesmen verdiyi açıqlamada keçmiş həyat yoldaşı Hülya Avşarın bundan sonra kiminləsə sevgili olacağına inanmadığını deyib:
"Çünki Hülya ilə heç kim bacarmaz. Onu ram etmək asan deyil. Mən Hülyadan ayrılandan sonra dostlarımın yarısı onunla münasibət qurmaq istədi".
Qeyd edək ki, Qaya Çilingəroğlu ilə Hülya Avşarın Zəhra adlı qızı var.