11 Aprel 2018 10:15
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfirliyində prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Teleqraf.com xəbər verir ki, yerli vaxtla saat 08:00-da səfirlikdə yerləşən məntəqə açılıb.

Səfirliyin foyesində seçici siyahıları asılıb. Məntəqə seçki komissiyasının üzvləri səfirliyə gəlmiş vətəndaşları əlavə qeydiyyata alırlar. Səfirlikdə açılan 17 saylı Yasamal üçüncu seçki dairəsinin 47 saylı seçki məntəqəsinin sədri Ağalar Atamoğlanov məntəqədə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayının 1499 nəfər olduğunu söyləyib.

Qeyd edək ki, Moskvadakı səfirliklə yanaşı, Azərbaycanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki baş konsulluqlarında da seçki məntəqələri yaradılıb. /APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər