11 Aprel 2018 15:13
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda prezident seçkisi keçirilir. Medianın tanınmış nümayəndələri də seçkidə fəal iştirak edir.

Teleqraf.com xəbər verir ki, “Gündəlik Teleqraf Holdinq”in baş direktoru Aynur Camal Nərimanov rayonu 20 saylı seçki dairəsinin 23 saylı məntəqəsində səs verdiyini deyib:

“Mən İlham Əliyevə səs verdim. Çünki Qarabağı o azad edəcək”.

“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu səsvermə hüququndan istifadə etdiyini açıqlayıb:

“36 saylı 4-cü Xətai seçki dairəsinin 10 saylı məntəqəsindən səs verdim. Məntəqədə ombudsmanımız Elmira Süleymanovanı gördüm. Maşallahı var. 2003-2005-ci illərdə cəza evində olanda tez-tez ziyarətimə gələrdi. İndi də mən onu ziyarət etmiş oldum”.

Trend İnformasiya Agentliyində baş direktorun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev Nərimanov rayonu 16 saylı seçki məntəqəsinin yerləşdiyi 200 saylı məktəbdən, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi 20 saylı seçki dairəsindən səs veriblər.

“Yeni çağ”ın baş redaktoru Aqil Ələsgərli 29 saylı Səbael Seçki Dairəsində yerləşən 49 saylı məktəbdə səs verib. Səsvermə zamanı maraqlı məqamla qarşılaşıb. Bir nəfər şəxsiyyət vəsiqəsi olmadan səs vermək istəyirmiş:

“Səsvermə prosesini müşahidəçilər izləyirdilər. Yaşlı bir xanım şəxsiyyətini təsdiq edən sənəd olmadan səs vermək istəyirdi. Məntəqə katibi icazə vermədi. Ümumilikdə, bizim məntəqədə xanımların səsvermə prosesində daha aktiv olduqlarını müşahidə etdim”.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər