16 Aprel 2018 12:04
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 23-27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətini üzvü Vüsal Hüseynov bildirib.

O qeyd edib ki, budəfəki sessiyanın gündəliyində qeyri-leqal qazanılmış aktivlərin (əmlakın) müsadirəsi yolu ilə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, İŞİD terror qruplaşmasının maliyyələşməsi, hibrid müharibə zamanı hüquqi çətinliklər, Avropa İnsan Hüquqları Konvensiyası öhdəliklərindən geri çəkilmə məsələləri və insan hüquqları ilə bağlı öhdəliklər, jurnalistlərin statusu və jurnalist etikası ilə bağlı mövzular yer alır və onlar müzakirə ediləcək:

“Həmçinin, gündəlikdə Avropa Şurasının Liviyadakı rolu, Avropada məcburi köçkünlərin humanitar ehtiyacları, iqlim dəyişikliyi və Paris müqaviləsinin icrasına dair məruzələr var. “Avropada antisemitizm, islamafobiya və ksenofobiyanın artması: Avropa dəyərlərinə təhlükə” və “Müvəqqəti olaraq işğal olunmuş Krım Muxtar Respublikası ərazisində qeyri-qanuni olaraq Rusiya Federasiyası Prezidenti seçkilərinin keçirilməsi: insan hüquqları pozuntusu” mövzuları üzrə müzakirələrin keçirilməsi üzrə təkliflər baxılmaqdadır”.

V.Hüseynov onu da bildirib ki, Makedoniya və Lüksemburqun Xarici İşlər nazirləri assambleyada çıxış edəcək və AŞ PA üzvlərinin suallarını cavablandıracaqlar.


Müəllif: Səxavət

Oxşar xəbərlər