23 Aprel 2018 21:09
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini təmas xəttində gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə həmsədrlərin bəyanatında deyilir.

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) tərəfləri gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə, münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqları bərpa etməyə çağırıblar.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər