12 Avqust 2014 10:47
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissədə Qaradağ Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə şəxsi heyətlə “12 avqust – Beynəlxalq gənclər günü” münasibəti ilə görüş keçirilib

Tədbirin təşkilatçıları Beynəlxalq gənclər günü”nün tarixi məqsədləri və əhəmiyyətindən danışaraq gənc zabit və əsgərləri “12 avqust – Beynəlxalq gənclər günü” münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından təbrik ediblər.

Daha sonra tədbirdə Ə.Əmirov adına Mədəniyyət Sarayının ansamblı konsert proqramı ilə çıxış ediblər.

Tədbirin sonunda hərbi xidmətdə fərqlənmiş bir neçə nəfər zabit və əsgər xatirə hədiyyələri və fəxri fərmanlarla təltif edildilər. Hərbi hissə rəhbərliyi də öz növbəsində belə görüşlərin təşkili üçün rayon rəhbərliyinə öz təşəkkürlərini bildirdi. Azərbaycan əsgərinin hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olduğunu qeyd edərək bunun üçün Ölkə başçısına, Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi və xidmətlərində hər zaman Vətənə, xalqa, millətə sadiq qalacaqlarını bəyan edib.

/qafqazinfo/


Müəllif:

Oxşar xəbərlər