13 Avqust 2014 10:25
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Teleqraf.com-a verilən məlumata görə, abituriyentlər göstərilən vaxta qədər ixtisas seçimini başa çatdırmalıdırlar.

Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Bu gün saat 10:00-a olan məlumata görə, 8507 abituriyent qəbul olmaq istədiyi ixtisası seçib.

SEVİL


Müəllif: