Milli Məclisin bu gün keçirilən iclasında müzakirəsi gözlənilən məsələlərdən biri gündəlikdən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə spiker Oqtay Əsədov bildirib: "Dövlət rüsumu haqqında" qanun layihəsi gündəlikdən çıxarılıb".
Bu, 13-cü məsələ - "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdir.
***
09:29
Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, iclasda Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, "Ətraf mühitin mühafizəsi haqqında", "Sərhəd qoşunları haqqında", "Mülki müdafiə haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Siyasi partiyalar haqqında", "Dövlət rüsumu haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.
Ümumilikdə iclasın gündəliyinə 23 məsələ daxildir.